Hindistanda sıx duman müşahidə edilib

03.01.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistanın paytaxtı Yeni Dehli şəhərində sıx duman müşahidə edilib. SİA "Reuters"ə istinadən xəbər verir ki, şəhərin bəzi ərazilərində görüş məsafəsi sıfıra enib.

Bəzi aviaşirkətlər uçuşların dayandırılması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İsveçrənin "IQAir" qrupu tərəfindən aparılan araşdırmaya görə, Yeni Dehli dünyanın ən çirkli paytaxtları arasında üçüncü yeri tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью