Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Dehlidə tanınmış gitaraçı Sinqh evinin yaxınlığında bir qrup şəxs tərəfindən döyülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 6-ı axşam baş verib.
Bir qrup şəxsə səs-küy salmamaları barədə xəbərdarlıq musiqiçiyə baha başa gəlib. 8 nəfər tərəfindən vəhşicəsinə döyülən Sinqh ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ertəsi gün səhər isə dünyasını dəyişib.
Qeyd edək ki, cinayəti törədənlərin hamısı həbs olunub. Onlardan biri həddi-buluğa çatmayıb.
L.Tağıyeva