Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hindistanın Cammu və Kəşmir əyalətində təsirli olan güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, əyalətə bağlı Ramban bölgəsində yağışların yaratdığı sel nəticəsində 4 nəfər həyatını itirib, itkin düşən 1 nəfərin axtarışına başlanılıb.
Reasi bölgəsində baş verən torpaq sürüşməsi isə eyni ailədən olan 7 nəfərin həyatına son qoyub. Jammu şəhərindəki Katra bölgəsində qatar reysləri dayandırılıb, Srinagar–Jammu Milli Magistralı isə ciddi zərər səbəbilə nəqliyyata bağlanıb.Rəsmilər Kəşmirə gedən avtomobil yolunun nə zaman açılacağı ilə bağlı qeyri-müəyyənlik olduğunu bildiriblər.
Nigar Hacılı
"Cebheinfo.az"