Hindistanda təcili yardım təyyarəsi qəzaya düşdü, 7 ölü Video

24.02.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistanın Carkhand ştatında təcili yardım təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, qəza təyyarə yanğın nəticəsində yaralanan xəstəni Nyu-Delhiyə apararkən baş verib. 

Hindistanın Mülki Aviasiya Baş İdarəsinin yaydığı məlumata görə, “Redbird Airways” şirkətinə məxsus “Beechcraft C90” tipli təyyarə ştatın paytaxtı Rançi şəhərindən havaya qalxdıqdan sonra pis hava şəraiti ilə bağlı marşrutunu dəyişmək istəyib. Bir müddət sonra təyyarə ilə əlaqə və radar siqnalı itib.

Daha sonradan nəqliyyat vasitəsinin qəzaya düşdüyü məlum olub.

Hadisə zamanı təyyarədə olan 2 ekipaj üzvü, yaralı və onun yaxınları daxil olmaqla ümumilikdə 7 nəfər həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью