Hindistanda təhlükəli Nipah virusu yayılır

25.01.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Hindistan hakimiyyəti ölkənin şərqində yerləşən Qərbi Benqal ştatında təhlükəli Nipah virusunun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.

Lent.az xəbər verir ki,  bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Qərbi Benqalda Nipah virusuna yoluxma halları beşə çatıb.
Yoluxanlar arasında həkim və tibb bacılarının da olduğu bildirilir.

Qeyd olunur ki, 100-dən çox şəxs karantinə alınıb, yoluxmuş pasiyentlərin müalicəsi davam etdirilir. 1

Hakimiyyət orqanları ştatda virusla bağlı vəziyyəti qiymətləndirmək və mümkün xəstəlik ocağının qarşısını almaq məqsədilə xüsusi operativ qrup yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью