Hindistanda təhsil naziri istefasından sonra etirazlar dayanıb

25.07.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistanın təhsil naziri Dharmendra Pradhan ölkə üzrə həftələrlə davam edən gənclərin etirazlarından sonra istefa verib.

APA “Reuters”ə istinadən xəbər verir ki, etirazçılar may ayında keçirilən ali məktəblərə qəbul imtahanında sualların sızdırılması və təhsil sistemindəki problemlərə görə nazirin istefasını tələb edirdilər.

Hökumət etirazçıların əsas tələblərini qəbul etdikdən sonra aksiya liderləri etirazların dayandırıldığını açıqlayıblar.

Hökumət imtahan sistemində islahatlar aparacağını, etirazçılara qarşı açılmış işlərin bağlanacağını və zərərçəkmiş ailələrə kompensasiya veriləcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью