Hindistanda tələbə yataqxanası çöküb 6 ölü

07.09.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən Hindistanın Yeni Dehli şəhərində tələbə yataqxanasının çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

525.az “India Today”a istinadən xəbər verir ki, paytaxtın Satya Niketan rayonunda kişi tələbə yataqxanası kimi istifadə edilən 5 mərtəbəli binanın çökməsindən sonra axtarış-xilasetmə əməliyyatları davam edir.

Yataqxananın çökməsi nəticəsində 6 cəsəd tapılıb, 11 yaralı isə xəstəxanaya aparılıb.

Binanın 50 yaşı olduğu və birinci mərtəbədə təmir işləri aparılarkən çökdüyü bildirilir.

Dağıntılar altında ən azı 30 nəfərin qaldığı güman edilir.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью