Hindistanda Telegram a giriş müvəqqəti məhdudlaşdırıldı

17.06.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistan hökuməti tibb fakültəsinə qəbul imtahanlarında köçürmənin qarşısını almaq məqsədilə "Telegram" mesajlaşma tətbiqinə girişə müvəqqəti məhdudiyyət tətbiq edib.

BAKU.WS xəbər verir ki, qərara əsasən, tətbiqə giriş iyunun 22-dək dayandırılacaq.

Məlumata görə, "Telegram" Hindistan hökumətinin bu qərarından narazı qalaraq məhkəməyə müraciət edib. Bu barədə Hindistanın "Bar and Bench" hüquq şirkəti məlumat yayıb.

Qeyd edək ki, ötən ay Hindistanda tibb fakültələrinə qəbul imtahanının suallarının sızdırıldığı iddiaları ilə bağlı araşdırma başladıldıqdan sonra həmin imtahan ləğv edilmişdi. Hökumət son qərarın da oxşar halların təkrarlanmasının qarşısını almaq məqsədi daşıdığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью