Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Hindistanın Uttar-Pradeş ştatının Kənpur şəhərində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot və köməkçi pilot həlak olub.
XQ xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Təyyarə şəhərdə Qanq bəndinin yaxınlığındakı tarlaya düşüb və hər iki pilot hadisə yerində həyatını itirib.
Məlumata görə, qəza edən təyyarə mülki aerodromda uçuş məktəbi fəaliyyət göstərən “Garg Aviation” şirkətinə məxsus olub.
Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.