Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müstəntiqlər təqsirləndirilən şəxsin mədən sahiblərinə partlayıcı maddələr verdiyini aşkar ediblər
Hindistan hüquq-mühafizə orqanları geniş şəkildə qeyd olunan Respublika Günü ərəfəsində Rajastan ştatında təxminən 10 min kiloqram partlayıcı maddə aşkarlayıb və müsadirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Yerli polis sözçüsü Mridul Kaçhva bildirib ki, "daxili məlumatlara əsasən, Naqaur polisinin xüsusi qrupu 25 yanvarda Tanvledə təqsirləndirilən Süleyman Xanın evinə basqın edib və çoxlu miqdarda partlayıcı maddə aşkarlayıb".
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Süleyman öz tarlasında 9550 kiloqram ammonium nitrat, doqquz qutu detonator, 15 rulon mavi detonasiya naqili, doqquz rulon qırmızı detonasiya naqili gizlədib.
Müstəntiqlər təqsirləndirilən şəxsin mədən sahiblərinə partlayıcı maddələr verdiyini aşkar ediblər.
"Lakin müsadirə edilən çoxlu miqdarda partlaıcı nəzərə alınmaqla, onun daha böyük bir sui-qəsddə iştirak edə biləcəyindən şübhələnirik", - deyə başqa bir yüksək vəzifəli polis məmuru bildirib.
Rəsmilər qeyd ediblər ki, ammonium nitrat əvvəllər də böyük partlayışlarda, o cümlədən 2025-ci ilin noyabr ayında Dehlidəki Qırmızı Qala yaxınlığında baş verən partlayışda istifadə olunub.