Hindistanda təyyarə qəzası zamanı onlarla insan yerdə yaralanıb

12.06.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Hindistanın qərbində "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 50-yə yaxın insan yerdə xəsarət alıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qucarat ştatının Səhiyyə və Sosial Təminat Departamentinin rəis müavini Canancay Dvivedi bildirib.

Onun sözlərinə görə, təyyarənin düşdüyü ərazidə tibb kollecinin yataqxanası, ştat xəstəxanasının işçiləri üçün bina və digər binaların yerləşib.

Dvivedi əlavə edib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Xatırladaq ki, iyunun 12-də Əhmədabaddan Londona uçan "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью