Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pekin, 28 yanvar, AZƏRTAC
Hindistanın Maharaştra ştatında çarter uçuşu həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində ştatın hökumət başçısının müavini Acit Pavar da daxil olmaqla təyyarədəki 5 nəfərin hamısı ölüb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 9 radələrində Puna bölgəsinin Baramati şəhərindəki hava limanında baş verib. Mumbay şəhərindən gələn “Learjet 45” təyyarəsi hava limanına fövqəladə eniş etməyə çalışıb. Lakin yerə çırpılan təyyarə yanıb. Qəzada digər ölənlər pilot və təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.
İlkin ehtimala görə, qəzaya texniki problem səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin