Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 noyabr, AZƏRTAC
Hindistanın qərbində yerləşən Racastan ştatının Çuru rayonunda yol tikintisi zamanı bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın "The Times of India" qəzetinə istinadla xəbər verir ki, çınqılqarışdıran maşının yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində 8 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Polis bildirib ki, həlak olanların hamısı yol tikintisində çalışan fəhlələrdir. Yaralılar isə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.