Hindistanda yanğında 7 nəfər həlak olub

18.03.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hindistanın paytaxtı Yeni Dehlidə çoxmərtəbəli binada yanğın olub.

525.az "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yanğın nəticəsində 7 nəfər həyatını itirib.

Yanğını söndürmək və xilasetmə əməliyyatları aparmaq üçün əraziyə təxminən 30 yanğınsöndürmə maşını cəlb olunub.

7 nəfərin öldüyünü yanğın zamanı onlarla şəxs yaralanıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirilib.

Yanğının səbəbi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью