Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Hindistanın Uttar-Pradeş ştatında yarmarkada "Şeytan çarxı" insanların üzərinə aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kuşinaqar ştatının Bhainsaha kəndində baş verib.
Azı 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.
18 metr hündürlüyü olan çarx 2 dövrə etdikdən sonra yıxılıb. Bu zaman ətrafda 80-ə yaxın adam olub. Polis dərhal xilasetmə işlərinə başlayıb. Hadisə yerinə az sonra 6 təcili tibbi yardım briqadası gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib. Aralarında vəziyyəti ağır olanlar var.
Qeyd edək ki, faktla bağlı araşdırma başlanılıb. Qəzanın səbəbləri hələlik bəlli deyil.
L.Tağıyeva