Hindistanda yayılan yeni virusun əlamətləri

13.01.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hindistanın şərqindəki Qərbi Benqal əyalətinin Barasat şəhərində “Nipah” virusuna yoluxduğundan şübhə edilən iki nəfər xəstəxanada müalicə altına alınıb.

"Cebheinfo.az" xəbər verir ki, "Hindustan Times" qəzetinin məlumatına görə, Barasatda yerləşən bir özəl xəstəxanada çalışan iki tibb bacısının “Nipah” virusuna yoluxduğu ehtimal edilir.

Qərbi Benqal əyalətinin rəhbəri Nandini Çakravorti bildirib ki, hər iki şəxs hazırda xəstəxanada müalicə olunur və vəziyyətləri ağırdır. Onlar süni tənəffüs aparatına qoşulublar.

Səhiyyə rəsmilərinin verdiyi məlumata əsasən yoluxanlardan biri qadın, digəri kişidir və hər ikisi eyni xəstəxanada tibb bacısı kimi çalışır.

Onların 2025-ci ilin dekabrında Qərbi Benqalın Şərqi Midnapur və Şərqi Burdvan bölgələrindəki evlərinə getdikdən sonra xəstələndikləri bildirilir. 

Xəstələrlə təmasda olan şəxslər də müşahidə altına alınıb. Nümunələr laboratoriyaya göndərilib və Hindistan Səhiyyə Nazirliyi məlumatlandırılıb. 

Hindistan Səhiyyə Nazirliyi sosial media hesabında yaydığı açıqlamada Qərbi Benqal hökumətinə texniki, logistika və əməliyyat dəstəyi veriləcəyini bildirib.

“Nipah” virusunun əlamətləri:

- Yoluxmadan sonra əlamətlər dərhal görünməyə bilər.

- İlk mərhələdə: qızdırma, baş, boğaz və əzələ ağrısı – qripə bənzər simptomlar.

- İrəliləyən mərhələdə: başgicəllənmə, yorğunluq, şüur pozğunluğu.

- Virus həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb olur.

- İlk dəfə Malayziyanın Nipah bölgəsində baş vermiş epidemiyada aşkarlanıb və adını da buradan alıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью