Hindistanda yol qəzası baş verib, ölənlər var

20.12.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistanın Qərbi Racastan ştatında yanacaq daşıyan tankerin digər avtomobillərlə toqquşması və alov alması nəticəsində azı 5 nəfər ölüb, 35 nəfər yaralanıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Caypur-Acmer avtomobil yolunda baş verib. Zərərçəkənlər yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Toqquşma və güclü yanğın nəticəsində magistralın 300 m hissəsi zədələnib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью