Hindistanda yük maşını zəvvarların izdihamına çırpılıb

18.10.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

15 nəfər ölüb, 33 nəfər yaralanıb

Hindistanın Qvalior şəhərində yük maşınının məbədin yaxınlığında zəvvarları vurması nəticəsində 15 nəfər ölüb, 33 nəfər yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə "India Today" qəzeti məlumat yayıb.

"Düyü ilə yüklənmiş yük maşınının polis maneələrini yarıb. Maşının Qvaliordakı Şeetla Mata məbədinə gedən zəvvarların izdihamına girməsi nəticəsində ən azı 15 nəfər ölüb, 33 nəfər yaralanıb", - deyə məlumatda bildirilib.

Nəşrin məlumatına görə, yük maşını sürücüsü idarəetməni itirib, daha sonra nəqliyyat vasitəsi yamacdan aşağı yüksək sürətlə hərəkət edərək məbədin divarına və darvazasına çırpılıb. Yaralılardan beşinin vəziyyəti ağırdır, qalanları isə yüngül xəsarətlər alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью