Hindistanda yük maşınının traktorla toqquşması nəticəsində 8 nəfər ölüb,

25.08.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Hindistanın Uttar Pradeş əyalətində yük maşınının zəvvarları daşıyan traktora çırpılması nəticəsində 8 nəfər ölüb, 43 nəfər yaralanıb. 


Missiya.Az xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb.

Bildirilib ki, qəza yerli vaxtla səhər saat 2:10 radələrində Bulandşəhr-Əliqarh sərhəddində, Arnia dolama yolu yaxınlığında baş verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Nurlana Əhmədova
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью