Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

22.11.2024

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Lufthansa” aviaşirkətinin Mumbai–Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Ölkə.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

Belə ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib. Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью