GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanın “IndiGo” hava yolu şirkəti İranda yaranmış gərgin vəziyyət fonunda beynəlxalq uçuş şəbəkəsində müvəqqəti dəyişikliklər edib.
Globalinfo.az-ın məlumatına görə, aviaşirkət yaydığı rəsmi açıqlamada təhlükəsizlik səbəbindən bir sıra reyslərin ləğv olunduğunu bildirib.
Qeyd olunub ki, 26, 27 və 28 yanvar 2026-cı il tarixlərində Tiflis, Almatı, Daşkənd və Bakı istiqamətləri üzrə uçuşlar qarşılıqlı əsasda həyata keçirilməyəcək.
Şirkət qərarın ekipaj üzvləri və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıdığını vurğulayıb. Hazırda ləğv edilən reyslərin hansı tarixdən etibarən bərpa olunacağı ilə bağlı dəqiq məlumat verilməyib.
Tahir Turan
Globalinfo.az