Icma.az bildirir, Axar.az portalına istinadən. Ermənistandan başqa faktiki olaraq heç bir ölkəyə ciddi həcmdə silah tədarük etməyən Hindista
Axar.az xəbər verir ki, bir müddət əvvəl Hindistan mediası guya “Azərbaycanın da Dehlidən silah almaq istədiyi” haqda informasiya yaymışdı.
Bu məlumatı isə Ermənistan mediası həvəslə tirajlamışdı. İndi isə “Indian Defense Research Wing” saytı məlumatı bir az da “konkretləşdirib”.
İddia edib ki, Azərbaycan guya Hindistanın ATAGS artilleriya sistemlərinin alınmasında xüsusilə maraqlıdır.
Halbuki Ermənistan mediası Hindistandan aldığı ATAGS sisteminin yüksək dağlıq ərazidə özünü doğrultmadığını bir müddət öncə yazmışdı.
Bildirilmişdi ki, dağlıq əraziyə daşınma zamanı 2 ATAGS sistemi dərhal, 4-ü isə sınaqlar zamanı sıradan çıxıb.
“Yerevanskiy nablyudatel”in məlumatında qeyd edilirdi ki, “Ashok Leyland FAT” yedəkləri də ərazidə özünü pis göstərib.
“Əslində, bazarda ATAGS-dən daha etibarlı və daha ucuz silahlar var.