Hindistandan Ermənistana qeyri adi TƏKLİF

12.08.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistana Hindistan tərəfindən hərbi gəminin təklif olunduğu barədə məlumat yayılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Hindistanla Ermənistan arasında yeni silah müqaviləsinin müzakirəsi zamanı Hindistan tərəfi gəmilərindən birinin İrəvana verilməsini təklif edib.

Söhbət 1983-cü ildə Hindistan Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil olmuş gəmidən gedir.

Açıq mənbələrdə 1983-cü ildə Hindistan donanmasına daxil olan “Godavari” tipli ilk gəminin ölkənin yerli gəmiqayırma imkanlarının mühüm layihələrindən biri olduğu qeyd edilir.

Bununla belə, Ermənistanın belə bir təklifi qəbul edib-etmədiyi və gəminin real olaraq İrəvana təhvil verilib-verilməyəcəyi barədə rəsmi məlumat yoxdur.

Ermənistanın dənizə çıxışı olmadığı üçün belə bir gəminin hansı məqsədlə istifadə ediləcəyi də sual doğurur.

Hazırda Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı genişlənməkdədir. Tərəflər son illərdə müxtəlif müdafiə təyinatlı məhsullar üzrə müqavilələr imzalayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью