Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina millisi və ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin Hindistanda 21 metrlik heykəli hazırlanıb.
Globalinfo.az xəbər verir ki, futbolçu heykəlin açılışında iştirak etmək üçün Hindistana səfər edəcək.
O, 3-15 dekabr tarixlərində Kəlküttə, Əhmədabad, Bombey və Yeni Dehlidə olacaq. Açılış mərasimi Kəlküttədə keçiriləcək.
Məlumata görə, onun heykəli əfsanəvi futbolçu Dieqo Maradonanın heykəlinin yanında qoyulacaq.
Əliyar Xəlil
Globalinfo.az