Hindistandan Pakistana mesaj: Hücuma hazırıq

27.04.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistan Pakistanla gərginliyin artması fonunda raketləri sınaqdan keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri platformaların, sistemlərin və ekipajın uzunmənzilli dəqiq hücum zərbəsinə hazır olduğunu təsdiqləmək və nümayiş etdirmək üçün uğurlu çoxsaylı gəmi əleyhinə atışlar həyata keçirib”, – bəyanatda deyilir.

Xatırladaq ki, aprelin 22-də Hindistan və Pakistan arasında münasibətlər Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra pisləşib.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью