Hindistandan Pakistanala bağlı ŞOK ETİRAF

31.05.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistan ordusu Pakistanla bir neçə gün davam edən döyüşlərdə qırıcı təyyarələrini itirdiyini nəhayət etiraf edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Hindistan Ordusunun Baş Qərargah rəisi, general Anil Çauhan deyib:

“Biz itirdik, amma yalnız sayımız deyil, niyə itirdiyimiz önəmlidir”.

General Anil Çauhan ilk dəfə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin may ayında Pakistanla dörd gün davam edən intensiv toqquşmalar zamanı vurulduğunu etiraf edib. 

Çauhan Sinqapurdakı Şanqri-La Dialoqunda verdiyi açıqlamada “Sayı vacib deyil, ancaq vurulma  səbəbləri önəmlidir” deyərək taktiki səhvlərin təhlil edilərək düzəldildiyini bildirib.

Pakistan tərəfi Fransa istehsalı olan “Rafale” təyyarələri də daxil olmaqla azı altı Hindistan qırıcısını vurduqlarını iddia edib.

Hindistan bu iddianı rəsmi olaraq təsdiqləməyib. Hindistan Hərbi Hava Qüvvələrinin marşalı Bharti “İtkilər müharibənin bir hissəsidir” deyərək şərh verməkdən imtina edib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью