Hindistandan qayıdan şəxsdə vəba aşkarlandı

26.04.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada aprelin 21-də Hindistandan Moskvaya qayıdan yerli sakində vəba xəstəliyi aşkarlanıb. 

Bakıvaxtı.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

Məlumata görə, bundan əvvəl eyni reyslə uçan Moskva vilayətinin sakininə də eyni diaqnoz qoyulub.

Qeyd olunub ki, hazırda Voronej vilayətinin sakini yoluxucu xəstəliklər xəstəxanasının palatasındadır.

Nəzərə çatdırılıb ki, xəstəliyin heç bir xarici əlaməti yoxdur və antibiotiklər qəbul edir.

Xəstənin qayıtdıqdan sonra təmasda olduğu şəxslərin müayinəsi də daxil olmaqla, bütün lazımi epidemiya əleyhinə tədbirlərin görüldüyü bildirilib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью