Hindistanın ABŞ qorxusu: İrandan gələn xeyirdən VAZ KEÇDİ

02.02.2026

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Hindistanın 2026-2027 maliyyə ili üçün yeni büdcəsində İranın Çabahar limanına vəsait nəzərdə tutulmayıb.

Hurriyyet.org  xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Xatırladaq ki, bu qərar, Hindistanın Çabahardakı "Şəhid Beheşti" Terminalının istismarı üçün 2024-cü ildə 10 illik müqavilə imzalamasına baxmayaraq qəbul edilib. Hindistan limanın inkişafında əsas tərəfdaşdır və bir il ərzində bu layihəyə 43 milyon dollar yatırıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında ABŞ-ın İrana sanksiyaları fonunda Hindistanın Çabahar limanı layihəsində iştiraketmə güzəştinin müddəti 26 apreldə bitir.

Bİldirilir ki, ötən ay Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randxir Caysval məsələ ilə bağlı ABŞ ilə danışıqlar aparıb.

Qeyd edək ki, Oman körfəzinin mənsəbində yerləşən Çabahar, İranın ilk dərin su limanıdır və ölkəyə qlobal dəniz ticarət marşrutlarına çıxış təmin edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью