Hindistanın baş naziri Rusiyaya gələcək

26.02.2025

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri nəzərdə tutulur.
Newscenter.az TASS-a istinadən bildirir ki, Hindistan baş nazirinin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü ilə bağlı mayın 9-da Moskvanın Qızıl Meydanında keçiriləcək paradda iştirakı planlaşdırılır.
Baş nazirin mayın 9-da Moskvaya gələcəyi nəzərdə tutulur.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, dəvət olunmuş bir çox ölkələr Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı mayın 9-da Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcəklərini təsdiqləyiblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, 9 May bayramında iştirak etmək üçün təkcə MDB-dən deyil, müxtəlif ölkələrdən də xarici liderlər Moskvaya dəvət olunacaq.
Anar Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью