“Hindistanın bu addımı bağışlanmaz cinayətdir” DETALLAR KONKRET

09.05.2025

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azad Kəşmir və Bəlucistan əyalət məclisləri Hindistanın dini ibadət yerlərinə və mülki əhaliyə qarşı hücumlarını pisləyən qətnamələr qəbul ediblər.

KONKRET.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, Azad Kəşmirin Baş naziri Çaudri Ənvarul Haqın sədrliyi ilə keçirilən iclasda Hindistanın məscidlərə və dinc sakinlərə qarşı hücumları “bağışlanmaz cinayətlər” kimi qiymətləndirilib.

Qətnamədə bu hücumların qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla mülki əhalini hədəfə aldığı və beynəlxalq hüququ pozduğu vurğulanıb.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью