Hindistanın cənubunda baş vermiş yanğında azı beş nəfər həlak olub

25.01.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Hindistanın cənubunda, Telanqana ştatının Haydarabad şəhərində yerləşən dördmərtəbəli mebel mağazasında baş vermiş yanğında azı beş nəfər həlak olub.

Moderator.az-ın məlumatına görə, bu barədə yerli PTI agentliyi rəsmi şəxslərə istinadən xəbər yayıb.

Məlumata əsasən, yanğın şənbə günü başlayıb və yanğınsöndürənlər artıq 20 saatdan çoxdur alovla mübarizə aparırlar.

Ştatın yanğınsöndürmə xidmətinin rəhbəri Vikram Sinqh Mann bildirib ki, mağaza sahibi ehtiyatsızlıq səbəbindən baş verən insan tələfatına görə məsuliyyətə cəlb olunacaq.

Xilasetmə xidmətləri ölənlərin sayının arta biləcəyini istisna etmir, yanğının söndürülməsi əməliyyatı isə hələ də davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью