Hindistanın əfsanəvi tabla ifaçısı Zakir Hüseyn 73 yaşında vəfat edib

16.12.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Dünyanın ən böyük tabla ifaçılarından biri olan Zakir Hüseyn 73 yaşında vəfat edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hind klassik musiqisinin ikonu idiopatik ağciyər fibrozundan əziyyət çəkirdi.

Sənətçi San-Fransiskoda xəstəxanada vəfat edib.

Bu barədə məlumatı sənətçinin ailəsi bildirib.

Qeyd edək ki, o, Hüseyn dörd dəfə Qremmi mükafatı laureatı olub və Hindistanın ikinci ən yüksək mülki mükafatı olan Padma Vibhuşanı alıb.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью