525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hindistanın “Reliance Industries” korporasiyası ABŞ-ın iki Rusiya neft istehsalçısına qarşı sanksiyalar tətbiq etməsindən sonra Yaxın Şərq və Birləşmiş Ştatlardan milyonlarla barel neft alıb.
525.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, şirkət Səudiyyə Ərəbistanı, İraq, Qətər, eləcə də Amerikadan bir neçə növ xam neft alıb. Təchizat dekabr və yanvar aylarında gözlənilir.
Qeyd edək ki, “Reliance Industries” bu il Hindistanın ən böyük Rusiya neft idxalçısı olub. Şirkət ABŞ sanksiyalarına məruz qalan “Rosneft” ilə uzunmüddətli müqavilə çərçivəsində xam neft alıb.
Pərvanə Sultanova