“Hindistanın Kəşmirindəki hava limanında partlayışlar olub” AFP

08.05.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Mayın 8-də axşam saatlarında Hindistanın Cammu və Kəşmir ərazisindəki Cammu şəhərinin hava limanında partlayışlar baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.
Hindistan ordusu Pakistanın şəhərə pilotsuz təyyarələr və raketlər atdığını bildirib. Agentliyin müxbiri bildirib ki, Cammuda elektrik enerjisi kəsilib.
Təhlükəsizlik rəsmisi KİV-ə bildirib ki, şəhərin 5 bölgəsindəki ordu obyektləri vurulub. Adını açıqlamayan Hindistan hərbi mənbəsi hava hücumundan müdafiə qüvvələrinin Cammu bölgəsində səkkiz raketi ələ keçirdiyini bildirib. Pakistanın ümumilikdə neçə raket atdığı bəlli deyil.
İki nüvə dövləti arasında hərbi münaqişə aprel ayında Hindistanın nəzarətində olan Cammu və Kəşmirdə 26 nəfərin öldürülməsindən sonra başlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью