Hindistanın kosmos planında süni intellekt

29.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Hindistanın kosmik texnologiyalar üzrə fəaliyyət göstərən "TakeMe2Space" şirkəti məlumatları birbaşa orbitdə emal edə bilən peykini kosmosa göndərməyə hazırlaşır.

"MOI-1A" adlı peykin oktyabrın 1-də "SpaceX" raketi ilə orbitə çıxarılması planlaşdırılır.

Peykin əsas xüsusiyyəti Yerə böyük həcmdə xam məlumat göndərmək əvəzinə, onları orbitdə süni intellekt vasitəsilə emal etməsidir. Şirkətin məlumatına görə, peykdə "Nvidia Orin NX" prosessorları yerləşdirilib və müştərilər öz AI modellərini peykə yükləyə biləcəklər.

Şirkət artıq missiya üçün 23 müştəri ilə razılaşma əldə etdiyini açıqlayıb. Texnologiyanın kənd təsərrüfatı, mədənçilik, logistika, sığorta və coğrafi məlumatların emalı kimi sahələrdə tətbiqi nəzərdə tutulur.

Hazırladı:
Səadət Rzayeva
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью