Hindistanın məşhur aktyoru bıçaqlandı Həyati təhlükə

16.01.2025

Icma.az bildirir, Medicina saytına əsaslanaraq.

Bollivud ulduzu Saif Xan evində bıçaqlanıb.

"Medicina" xəbər verir ki, Hindistanın zəngin aktyorlarından olan Səif Xanın evinə soyğunçu girib.

Aktyor ailəsini qorumaq üçün ona müqavimət göstərərkən oğru ona 6 bıçaq zərbəsi vuraraq qaçıb.

Məşhur hindistanlı aktyor Saif Əli Xan Mumbaydakı mənzilinə soxulan bir cinayətkar tərəfindən altı bıçaq yarası alıb.

Aktyor xəstəxanadadır, bıçaq zərbələrindən biri onurğa sütununun yaxınlığından keçib. Həkimlər onun yaşayacağını bildirsələr də, əməliyyat ağır keçib.

Aygün M

medicina.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью