Hindistanın xarici işlər naziri Nikol Paşinyanla görüşüb

14.11.2026

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Cayşankar bu barədə "X” hesabında paylaşım edib.

"Paşinyanla Dehlidə tranzit səfəri zamanı görüşməkdən məmnun oldum. İqtisadi, təhlükəsizlik, mədəni və xalqlar arasında əlaqələrimiz inkişaf etməkdə davam edir. Paşinyanın regiondakı son hadisələrlə bağlı fikirlərini yüksək qiymətləndirirəm. Həmçinin Körfəzdə və Ukraynadakı münaqişələr barədə fikir mübadiləsi apardıq”, – Cayşankar bildirib.

///apa.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью