Hindistanla Pakistan arasında döyüşlər başladı VİDEO+YENİLƏNİB

27.04.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistan hərbçiləri Hindistanın Cammu və Kəşmirdəki mövqelərini atəşə tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Atışma Tutmari Qali və Rampur rayonlarında qeydə alınıb, Hindistan ordusu cavab atəşi açıb.

İtkilərlə bağlı məlumat verilmir.

***00:36

Cammu və Kəşmir bölgəsində, Lipa vadisində güclü atışma baş verdiyi barədə məlumatlar yayılıb.

Gununsesi.info xəbər verir ki, iddialara görə, Pakistan hərbçiləri Hindistan ordusunun açdığı atəşə cavab verib.

Hazırda yayılan görüntülərin və hadisənin detalları rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Buna görə də vəziyyətin inkişafı diqqətlə izlənilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью