“Hindistanla saziş Aİ məhsullarına qoyulan tarifləri 4 milyard avro azaldacaq”

27.01.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Hindistanla azad ticarət müqaviləsi Avropa İttifaqından (Aİ) ixraca tətbiq edilən rüsumları 4 milyard avro azaldacaq.

525.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Brüsselin iki tərəfin indiyə qədər razılaşdırdığı ən böyük saziş kimi xarakterizə etdiyi sənəd avtomobillər, spirtli içkilər və kənd təsərrüfatı texnikası da daxil olmaqla, Hindistana ixracının 96,6%-nə kəskin tarif endirimini əhatə edir.

Razılaşmaya əsasən, Hindistan Aİ-yə ölkənin heç bir ticarət tərəfdaşına təklif etmədiyi tarif endirimi təqdim edəcək. Avtomobillərə tətbiq edilən rüsumlar tədricən 10%-ə endiriləcək və ehtiyat hissələrinə tətbiq edilən tariflər 5-10 il ərzində tamamilə aradan qaldırılacaq.

Baş nazir Narendra Modinin sözlərinə görə, müqavilə qlobal ÜDM-in 25%-ni və dünya ticarətinin üçdə birini əhatə edir. Onun sözlərinə görə, Aİ ilə bağlanan bu müqavilə Hindistan sənayesinə böyük təkan verəcək və xidmət sektoru da inkişaf edəcək.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью