Hindistanlı Bakıdakı məşqçi keçiriləcək dünya çempionatından nələr dedi?

23.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah Bakıda FIFA U-15 dünya çempionatı və festivalı start götürəcək.

Futbolpress.az xəbər verir ki, turnirdə iştirak edəcək Hindistan yığmasının baş məşqçisi Bibiano Fernandes millinin mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Əsas məqsədimiz cəsarətli, intizamlı və aqressiv futbol nümayiş etdirmək, yüksək səviyyədə mübarizə aparmaqdır. Hər oyunda qələbə qazanmağa çalışacağıq. Komandamız öyrənməyə və çox çalışmağa həvəslidir”.

Miqyası ilə seçilən turnirdə FIFA-nın 211 üzvündən 189 ölkə iştirakını təsdiqləyib.

Seçmə mərhələ tələbinin olmaması sayəsində 78 ölkə tarixində ilk dəfə FIFA-nın DÇ səviyyəli turnirində debüt edəcək. 1000-ə yaxın qarşılaşmanın planlaşdırıldığı yarış 8×8 formatında və 20 dəqiqəlik iki hissə şəklində təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью