Hindistanlı şahmatçı tarixin ən gənc dünya çempionu oldu

12.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

18 yaşlı hindistanlı qrosmeyster Qukeş Dommaracu şahmat üzrə dünya çempionu olub.

Oxu.Az xəbər verir ki, şahmat tacı uğrunda görüşdə o, 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.

Sinqapurda keçirilən qarşılaşmanın həlledici görüşündə hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. Qukeş Vişvanatan Ananddan sonra şahmat üzrə ikinci hindistanlı dünya çempionu olub.

Qeyd edək ki, Qukeş Dommaracu 18-ci dünya çempionudur. Bundan əlavə, o, şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью