Hipersəs yarışında yeni mərhələ

30.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Amerikanın "Kratos Defense & Security Solutions" müdafiə şirkəti İndiana ştatının cənubundakı Kreyn şəhərində yeni Hipersəs Faydalı Yüklərin İnteqrasiyası Mərkəzinin tikintisini vaxtından əvvəl yekunlaşdırıb. Dəyəri 50 milyon dollar olan bu yeni obyekti istifadəyə verməkdə əsas məqsəd ABŞ-ın hipersəs silah proqramlarının sınaq infrastrukturunu genişləndirmək və Pentaqonun sifarişləri fonunda yeni nəsil silahların işlənilməsini sürətləndirməkdir.

Ümumi sahəsi 6,3 min kvadratmetr təşkil edən müasir kompleks eyni vaxtda 6-dək eksperimental faydalı yükün inteqrasiyasını, kompleks sınaqlarını və uçuşa hazırlıq prosesini həyata keçirmək gücünə malikdir. Şirkətin bəyanatına əsasən, mühəndislik və istehsalat zəncirindəki mövcud "dar boğazlar"ın aradan qaldırılması hipersəs aparatlarının uçuş sınaqlarının tezliyini nəzərəçarpan dərəcədə artırmağa imkan verəcək.

Yüksək sürət və manevr qabiliyyətini özündə birləşdirən hipersəs silahları ənənəvi raketlərlə müqayisədə hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar olunması və zərərsizləşdirilməsi son dərəcə mürəkkəb olan hərbi texnologiyadır. Yeni sınaq kompleksinin istifadəyə verilməsi Pentaqona perspektivli işləmələri daha tez qiymətləndirməyə və onları kütləvi istehsal mərhələsinə çatdırmaq müddətini qısaltmağa şərait yaradacaq.

Hazırladı:
ArzuƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью