Hirkan Milli Parkında FACİƏ: şəlalədə batdı

12.06.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəranda bir nəfər şəlalədə çimərkəm batıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun ucqar dağ kəndi olan Biləsərdə, Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batdığı bildirilir.

Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda batan şəxsin sudan çıxarılması üçün tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью