Hisə verilmiş və qurudulmuş balıqda da parazitlər ola BİLƏR

06.11.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hisə verilmiş və qurudulmuş balıqda belə parazitlər yaşaya bilər. Xüsusilə ev şəraitində duzlanan və qurudulan balıqlar insan sağlamlığı üçün təhlükə yarada bilər.

Redaktor.az xəbər verir ki, bunu “Gazeta.Ru”ya açıqlamasında Dövlət Maarif Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi, cərrah Aleksandr Umnov bildirib.

Onun sözlərinə görə, qurutma və soyuq hisəvermə məhsulun dadını dəyişsə və saxlanma müddətini uzatsa da, parazit sürfələrinin tam məhv olmasına zəmanət vermir. Sürfələr zəif duzlanmış balıqda 35 günədək yaşaya bilər. Soyuq hisəvermə zamanı temperatur isə parazitləri etibarlı şəkildə məhv etmək üçün kifayət etmir.

Ekspert xüsusilə ev şəraitində qurudulan və hisə verilən balıqların riskli olduğunu vurğulayıb. Onun sözlərinə görə, sənaye istehsalında balıq qurutmadan əvvəl dondurulur və lazımi qaydada duzlanır. Bu proses parazitlərin böyük hissəsinin məhv olmasına səbəb olur.

Umnov balıqlarda rast gəlinən əsas parazit xəstəlikləri barədə də məlumat verib. O bildirib ki, opistorxoz pişik sorucusunun sürfələri vasitəsilə yayılır və qaraciyəri, öd yollarını, mədəaltı vəzi zədələyir. Yoluxma əsasən çapaq, sıf, külmə, xəşəm və digər çəkikimilər fəsiləsinə aid balıqların istehlakı zamanı baş verir.

Difillobotrioz geniş lent qurdu vasitəsilə yayılır. Bu parazitin daşıyıcıları arasında durnabalığı, xanıbalığı, nalim, sudak və qızılbalıq növləri var. Anizakidoz isə siyənək, skumbriya, qızılbalıq, treska və mintay kimi dəniz balıqlarından keçə bilər.

Həkim qeyd edib ki, yoluxmadan sonra simptomlar dərhal deyil, adətən bir-dörd həftə ərzində üzə çıxır. İlk əlamətlərə qızdırma, halsızlıq, üşütmə, tərləmə və iştahanın azalması daxildir. Daha sonra əzələ və oynaq ağrıları, səpkilər, dəridə qaşınma, sağ qabırğaaltı nahiyədə ağrı və ağırlıq hissi, ürəkbulanma, bəzən qusma və dərinin saralması müşahidə oluna bilər.

Ekspert bu əlamətlər balıq qəbulundan sonra yaranarsa, infeksionistə müraciət etməyi tövsiyə edib.

Mütəxəssis bəzi parazitlərin balıq alınmazdan əvvəl gözlə görünə biləcəyini də bildirib. Onun sözlərinə görə, dəniz balıqlarında və siyənəkdə anizakid sürfələri bir neçə santimetr uzunluğunda, spiral şəklində bükülmüş ağımtıl qurdlar kimi görünə bilər. Çay balıqlarında isə geniş lent qurdunun təxminən bir santimetr uzunluğunda ağ sürfələrinə rast gəlinir. Belə parazitlər çox olduqda həmin balığı almaq məsləhət görülmür.

Balığın keyfiyyətsizliyinə işarə edən dolayı əlamətlərə kəskin və xoşagəlməz qoxu, yumşaq və boşalmış quruluş, həddindən artıq selik, tünd ləkələr, qarın nahiyəsində yaşılımtıl rəng dəyişikliyi daxildir.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью