“Hisslərim deyirdi ki, bu görüşdə mən də olmalıyam” (MÜSAHİBƏ)

07.10.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Turan Tovuz” yoldaşlıq oyununda “Fənərbağça” ilə qarşılaşıb. Görüş İstanbul təmsilçisinin qələbəsiylə başa çatıb – 2:0.

“Turan Tovuz”un sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Naci Şensoy matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Sabiq klubunuzla ölkənizin təmsilçisi üz-üzə gəldi. Görüş barədə nə deyə bilərsiniz?
– Oyunun təşkilatçılarına təşəkkür edirəm. Bu matç iki ölkənin bir-birinə necə yaxın olduğunu göstərdi.

– Vaxtilə hər iki klubda da çalışmısınız. Matçın anonsu ediləndə, siz də dəvət alacağınıza ümid edirdiniz?
– Açığı, hisslərim deyirdi ki, bu görüşdə mən də olmalıyam. Amma olmadı…

– Oyunu necə dəyərləndirirsiniz?
– Matça gəlincə, nəticənin ikinci planda olduğu bir görüş idi. “Fənərbağça” az şans qazanan oyunçular meydana çıxdı. Bu, normal haldır.

– Dostluq görüşü olsa da, matç gərgin keçdi. Türkiyəli fanatlar “Turan Tovuz”u, azərbaycanlı azarkeşlər isə “Fənərbağça”nı tənqid edir. Sizin fikriniz nədir?
– Ümumi baxanda, normal, dostluq mühitində keçən oyun oldu. Ancaq “Fənərbağça”nın futbolçusu Meyson Qrinvudun davranışı düzgün deyildi. Bu hərəkət feyr-pley qaydalarına ləkə saldı.

– Sizcə, bu aqressiya nədən irəli gəldi?
– Düşünürəm ki, “Fənərbağça”nın baş məşqçisi İsmail Kartal komandanı bu oyuna doğru hazırlaya bilməmişdi. Futbolçular sanki qarşılaşmanın yoldaşlıq görüşü olduğunu unutmuşdu.

– Son olaraq, azərbaycanlı fanatlara hansısa sözünüz var?
– Ümid edirəm ki, belə dostluq oyunları tez-tez baş tutar. Azərbaycanlı azarkeşlərə salamlarımı çatdırıram.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью