Icma.az bildirir, Saglamolun portalına istinadən. Uşaqlıgın daxili səthinin ən müasir müayinə metodu histeroskopiyadır.
Histeroskopiya - uşaqlığın daxili səthinin (endometriumun) müayinə metodu olmaqla yanaşı poliplərin xaric edilməsinin ən müasir metodudur.
Baxış histeroskop ilə icra olunur. Bu uzun elastik başlıqlı müasir videosistemdir.
Müayinə zamanı həkim uşaqlığın daxili səthini ekranda görür. Müayinə diaqnostik və terapevtik məqsədlərlə təyin olunur.
Histeroskopiyaya göstərişlər: - Qeyri-mütəmadi və ya intensiv menstruasiya (hipermenoreya və ya menorragiya); - Qadınlarda sonsuzluq; - Mioma, çapıq, polip və digər törəmələrin xaric edilməsi; - Endometrium anomaliyaların aradan götürülməsi; - Doğuşdan sonra cift qalıqlarının təmizlənməsi; - Kontraseptivlərin daxil edilməsi (uşaqlıqdaxili spiral, kontraseptiv implant); - Uşaqlıq borularının keçiriciliyin qiymətləndirilməsi.
Baxış zamanı həkim uşaqlıqdan müayinə üçün (biopsiya) kiçik toxuma parçası götürə bilər.
Müayinəyə əks-göstərişlər: Histeroskop uşaqlıq yolu və uşaqlıq boynundan keçirilərək uşaqlığa daxil edilir.
Sadalanan orqanların hər hansı hissəsində iltihabi və infeksion xəstəliyin mövcudluğu uşaqlıq boşluğuna infeksiyanın daxil olması riskini artırdığına görə müayinəyə əks göstərişdir.