“Hitaçi” şirkətinin nümayəndəsi: COP29da öz texnologiyalarımızı nümayiş etdirmək şərəfdir

22.11.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Yaponiyanın “Hitaçi” şirkəti olaraq biz artıq 4-cü dəfədir ki, COP konfranslarında iştirak edirik. İlk dəfə biz COP26-da - Qlazqoda iştirak etmişik.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Yaponiyanın “Hitaçi” şirkətinin nümayəndəsi Naoki Yoşida bildirib.

N.Yoşida COP konfranslarında iştirak etməyinin səbəbini də açıqlayıb: “Çoxlu sayda texnologiyalar istehsal edirik ki, bu da iqlim dəyişikliyi problemlərinin həllinə təkan verə bilər. Bizim üçün Azərbaycanda, COP29-da öz texnologiyalarımızı nümayiş etdirmək böyük bir şərəfdir. Biz növbəti COP konfranslarında da iştirak edib texnologiyalarımızı dünya ictimaiyyətinə nümayiş etdirəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью