“Hitaçi” şirkətinin nümayəndəsi: COP29da öz texnologiyalarımızı nümayiş etdirmək şərəfdir AZƏRTAC

22.11.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 noyabr, AZƏRTAC

Yaponiyanın “Hitaçi” şirkəti olaraq biz artıq 4-cü dəfədir ki, COP konfranslarında iştirak edirik. İlk dəfə biz COP26-da, Qlazqoda iştirak etmişik.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Yaponiyanın “Hitaçi” şirkətinin nümayəndəsi Naoki Yoşida bildirib.

N.Yoşida COP konfranslarında iştirak etməyinin səbəbini də açıqlayıb: “Çoxlu sayda texnologiyalar istehsal edirik ki, bu da iqlim dəyişikliyi problemlərinin həllinə təkan verə bilər. Bizim üçün Azərbaycanda, COP29-da öz texnologiyalarımızı nümayiş etdirmək böyük bir şərəfdir. Biz növbəti COP konfranslarında da iştirak edib texnologiyalarımızı dünya ictimaiyyətinə nümayiş etdirəcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью