Hitler Mussolini Peruda mer seçkilərində qalib gəldi

09.10.2026

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Perunun Keropalka dairəsinin meri vəzifəsinə solçu “Ahora Nación” partiyasının nümayəndəsi Hitler Mussolini Simeon Flores seçilib. O, 229 səs (34,54 faiz) toplayıb. Ən yaxın rəqibi isə 204 səs (30,7 faiz) qazanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Ahora” nəşri yazıb.

İctimaiyyət arasında Almaniyanın nasist lideri Adolf Hitler və İtaliyanın faşist diktatoru Benito Mussolini ilə assosiasiya olunan qeyri-adi ad Peruda keçirilən regional seçkilərə dünya ictimaiyyətinin diqqətini cəlb edib. Bu barədə “Ahora” nəşri qeyd edir.

Keropalkada səsvermənin nəticələri hələ rəsmi olaraq təsdiqlənməyib. Hazırda səslərin yekun hesablanması davam edir.

Keropalkanın ehtimal olunan yeni merinin təmsil etdiyi partiya ölkənin digər bölgələrində keçirilən səsvermələrdə də iştirak edir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью