Hitrou aeroportu təhlükəli maddə səbəbindən boşaldıldı

09.09.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın Hitrou hava limanı "təhlükəli kimyəvi maddə" məlumatı əsasında boşaldılıb.

Axar.az "Sky Nyus"a istinadən xəbər verir ki, beynəlxalq hava limanının 4-cü terminalı təhlükə səbəbindən bağlanıb. Hazırda binada kimyəvi mühafizə dəstələri və xüsusi geyimli yanğınsöndürənlər işləyir.

Terminala bir neçə təcili yardım maşını gəlib, lakin tibbi yardımdan istifadə edib-etmədiyi məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью